...

Azərbaycanda ali təhsil müəssisəsinin müəllimini qətlə yetirən tələbəyə hökm oxunub

Cəmiyyət Materials 5 Avqust 2009 11:18 (UTC +04:00)
Azərbaycan Maliyyə-İqtisad Kollecinin Maliyyə-gömrükxana işi şöbəsinin dekanını qətlə yetirən tələbəyə hökm oxunub.
Azərbaycanda ali təhsil müəssisəsinin müəllimini qətlə yetirən tələbəyə hökm oxunub

Azərbaycan, Bakı, 05 avqust / Trend , muxbir H.Bağırov /

Azərbaycan Maliyyə-İqtisad Kollecinin Maliyyə-gömrükxana işi şöbəsinin dekanını qətlə yetirən tələbəyə hökm oxunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə günü Trend -a verilən məlumata görə, Sabir Xudiyevi qətlə yetirməkdə ittiham olunan həmin kollecin tələbəsi, 20 yaşlı Fərhad Elşən oğlu Məmmədov məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il oktyabrın 20-də Azərbaycan Maliyyə-İqtisad Kollecində Məmmədov Xudiyevi bıçaqla qətlə yetirib. Tələbə cinayəti törədəndən sonra heç kimi, hətta tibb personalını da yaralı müəllimə yaxın buraxmayıb. Məmmədova Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə ittiham olunub.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti