...

Azərbaycanın avarçəkənləri dünya çempionatının final mərhələsinə vəsiqə qazanıblar

Cəmiyyət Materials 5 Avqust 2009 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust  / Trend , müxbir F.Hüsyenli /

Bu gün Fransanın Briv la Qayard şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatı start götürüb. Azərbaycanı təmsil edən Teymur Kutseba - Aleksandr Qlotov duetinin seçmə mərhələdəki çıxışı uğurlu alınıb. 2 nəfərlik sükansız qayıqda (JM2-) yer alan 17 yaşlı avarçəkənlərimiz öz qruplarında 6 iştirakçı arasında 3-cü yeri tutaraq, ¼ finala vəsiqə qazanıblar. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasından məlumat verilib.

Kutseba - Qlotov dueti 2000 metr məsafəni 6 dəqiqə 55 saniyə 730 mikrosaniyəyə (6:55.73) qət edib. İlk 500 metr məsafəni 1:38.07 dəqiqəyə ikinci sırada keçən avarçəkənlərimiz 1000 metr məsafədən sonra 3:22.89 dəqiqə göstərici ilə liderliyi ələ alıblar. 1500 metr məsafəni 5:11.24 dəqiqə ilə yenə ikinci sırada qət edən təmsilçilərimiz finişə doğru aparıcı mövqelərini əldən veriblər. Nəticədə həmyerlilərimiz Litva və Hindistan idmançılarından geri qalıblar. Əvəzində Kutseba - Qlotov dueti Çili, Koreya və Əlcəzairdən olan rəqiblərini qabaqlayıb.

¼ final yürüşləri avqustun 6-da  keçiriləcək.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti