Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir H.Bağırov /
Azərbaycanda ali məktəblərə qanunsuz yolla tələbə düzəltmək adı ilə vətəndaşları aldadan dəstə üzvlərinin məhkəməsi başlayıb.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə axşamı Trend -a verilən məlumata görə, Bakı şəhər sakinləri Rauf Dadaşov, Vaqif Şahbazov və Sücayət Məmmədova 40 nəfər abituriyenti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar ali məktəbə düzəltmək adı ilə aldadaraq onların külli miqdarda əmlakını mənimsəyiblər.
Dəstənin aldatdığı zərərçəkmişlərdən biri də tikinti şirkətinin rəhbəri olub. Dadaşov 2007-ci ildə "Nəcibə" MMC tikinti şirkətinin rəhbəri Asif Ələmovdan 350 min ABŞ dolları alaraq, onun şirkətinə İqtisadi İnkişaf Nazirliyindən maliyyə yardımı veriləcəyini vəd edib.
Ələmov "GEN" MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyevin rəhbərlik etdiyi dəstədə iştirakda mühakimə edilir.
Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]