...

Azərbaycanın Ekologiya Nazirliyi Kür və Araz çaylarının çirklənmə səviyyəsi üzrə monitorinq keçirib

Cəmiyyət Materials 14 Oktyabr 2009 15:17 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın ilk on günlüyündə Kür və Araz transsərhəd çaylarının çirklənməsi səviyyəsinin monitorinqini keçirib, bu barədə Trend News-a çərşənbə günü idarənin mətbuat xidmətindən bildirilib.
Azərbaycanın Ekologiya Nazirliyi Kür və Araz çaylarının çirklənmə səviyyəsi üzrə monitorinq keçirib

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın ilk on günlüyündə Kür və Araz transsərhəd çaylarının çirklənməsi səviyyəsinin monitorinqini keçirib, bu barədə Trend -a çərşənbə günü idarənin mətbuat xidmətindən bildirilib.

Oktyabrın ilk on günlüyündə sentyabrın üçüncü on günlüyü ilə müqayisədə Kür çayında çirklənmə saniyədə 1 kubmetr azalaraq saniyədə 217 kubmetr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, çayın Gürcüstan və Ermənistan ərazilərində transsərhəd çirklənməyə məruz qaldığı məntəqələrdə suyun tərkibində spesifik çirkələndirici olan fenol qatışığı və mis birləşmələrinin normanı keçməsi, həmçinin biogen cisimlərin sayının dəfələrlə artması qeydə alınıb.

Araz çayında suyun sərf edilməsi saniyədə 160 kubmetr təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti