Azərbaycanın cəzaçəkmə müəssisələrində yeni iş yerlərinin açılması üçün təkliflər hazırlanır - Penitensiar Xidmətin rəisi (MÜSAHİBƏ)

Azərbaycanın cəzaçəkmə müəssisələrində yeni iş yerlərinin açılması üçün təkliflər hazırlanır - Penitensiar Xidmətin rəisi (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general mayoru Nazim Ələkbərovun Trend -a müsahibəsi

- Penitensiar müəsisələrdə yeni iş yerlərinin açılması, məhkumların işlə təmin olunması istiqamətində son illər müəyyən işlər həyata keçirilir. Hazırda hansı müəssisələrdə məhkumlar əməyə cəlb olunub və PX-in istehsalat olan müəssisələri hansı sahələr üzrə ixtisaslaşıb? Gələcəkdə bu sahədə hansı yeniliklər gözlənilir?

- Əsas islah vasitələrindən biri kimi ictimai faydalı əməkdən səmərəli istifadə üçün cəzaçəkmə müəssisələrində istehsalatın dirçəldilməsi, məhkumların əsas hissəsinin ictimai faydalı əməyə cəlb olunmasına imkan verən yeni istehsalat sahələrinin yaradılması yolları dərindən araşdırılır və təhlillər aparılır. Bu məqsədlə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin inventarlaşması işinin başa çatdırılması, onların dirçəlməsinə və yeni istehsal sahələrinin yaradılmasına dair təkliflərin nəzərdən keçirilməsi Penitensiar Xidmətin 2009- cu il üçün iş planına da daxil edilib. Artıq ayrı-ayrı müəssisələrdə bir qrup iş adamları ilə razılıq əldə edilib, müxtəlif yönümlü istehsalat sahələri təşkil olunmuş və yeni məhsul istehsalına başlanılıb.

Hal-hazırda mövcud imkanlar hesabına bir sıra cəzaçəkmə müəssisələrində kiçik istehsal sahələri yaradılıb və cari il ərzində məhkumların 20%-nin haqqı ödənilən işə çəlb edilməsinə nail olunub. Bu da 2008-ci ilin müvafiq dövrü üçün olan göstəricidən yüksəkdir. Bu müəssisələrdə müxtəlif istehlak məhsulları - xalça, tikiş məmulatları, plastmas borular, plastik qapı və pəncərələr, kərpic, üzlük daşlar, üzümçülük təsərrüfatları üçün dəmir-beton dirəklər, həqiqi hərbi xidmət keçən qulluqçular üçün müasir standartlara uyğun olan bir və iki laylı çarpayılar, ofis mebelləri və yumşaq stullar istehsal olunur. Bu istehsal sahələri hal-hazırda 1,4,5,6,7,11,12,15 və 17 saylı cəzaçəkmə müəssisələrində təşkil olunub. Bundan başqa kənd təsərrüfatı yönümlü olan 1,3,5,8,9 və 10 saylı Məntəqə tipli cəzaçəkmə müəssisələrində qeydiyyatda olan məhkular bilavasitə meyvə-tərəvəz və bostan məhsularının becərilməsi və yetişdirilməsi, heyvandarlıq və quşçuluq sahəsində çalışırlar.

Penitensiar müəssisələrdə təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumların da sayı keçən illə müqayisədə artıb. Məhkumların ictimai faydalı əməyə cəlb olunması işində müəyyən irəliləyişlər əldə olunsa da, işlə təmin olunan məhkumların sayı bir qədər artsa da, bu sahədə həllini gözləyən problemlər hələ də çoxdur. Problemin həlli məqsədilə Penitensiar Xidmət tərəfindən verilmiş təkliflərə əsasən, ədliyyə orqanlarının inkişafı ilə bağlı Dövlət Proqramı və Avropa Birliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan "Ədliyyə sahəsində islahatlara yardım" Proqramı çərçivəsində müvafiq tədbirlər planlaşdırılıb. Qeyd olunanlarla bağlı cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin yeniləşdirilməsi və əlavə olaraq yeni iş yerlərinin açılması imkanlarının öyrənilməsi məqsədilə yerlərdə inventarlaşma işi aparılır, imkanlar bir daha nəzərdən keçirilir və 2009-cu ilin sonunadək müvafiq təkliflər təqdim ediləcək.

- Son illər müəssisələrə qadağan olmuş əşyaların keçirilməsi ilə bağlı PX tərəfindən ciddi tədbirlər həyata keçirilir. Bu il ərzində neçə belə fakt aşkarlanıb və bu sahədə hansı problemlər var?

- Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ötürülməsi, həmçinin belə əşyaların həmin yerlərdə dövriyyəsi ilə bağlı məsuliyyəti müəyyən edən "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" 25.12.2007-ci il tarixli Qanun və həmin qanunun tətbiq edilməsi barədə dövlət başçısının 28.12.2007- ci il tarixli fərmanının icrası istiqamətində zəruri tədbirlər həyata keçirilib. Qanun qüvvəyə mindikdən sonra, penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərlə, habelə onlarla görüşə gələn yaxın qohumları və digər vətəndaşlarla qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə geniş maarifləndirmə işi aparılmış, yeni qanunvericiliyin mahiyyəti izah olunub. Həmçinin, cəzaçəkmə müəssisələrinin müxtəlif xidmət sahələrində çalışan əməkdaşlar da yeni qanunvericiliyin tələbləri ilə yaxından tanış edilib, onlara yol verilə biləcək qanun pozuntularına görə məsuliyyət barəsində müfəssəl məlumat verilib.

Buna baxmayaraq, ayrı-ayrı vətəndaşlar, cəzaçəkmə müəssisələrinin bəzi əməkdaşları, habelə məhkumlar tərəfindən qanunvericiliklə qadağan olunmuş əşyaların ötürülməsi, saxlanması və istifadə olunması cəhdləri hələ də mövcuddur.

Cari il ərzində 78 belə fakt qeydə alınıb. Onlardan 48 fakt narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, 30 fakt isə qadağan olunmuş digər əşyalar, xüsusilə mobil telefonlarla bağlı olub.

- Son illər Azərbaycanda Avropa standartlarına uyğun yeni müəssisələr inşa olunur. Artıq bir neçə müəssisə istifadəyə verilib. Hazırda bu sahədə vəziyyət necədir və daha hansı ərazilərdə yeni müəsisələrin inşası planlaşdırılır?

- Təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə və müasir müəssisələrdə saxlanılması, habelə cəza çəkməsini təmin etmək məqsədilə Prezidentin göstərişi ilə respublikanın regionlarında müxtəlif kateqoriyalı məhkumların bir müəssisə çərçivəsində saxlanmasını nəzərdə tutan yeni qarışıq rejimli müəssisələr komplekslərinin inşası davam etdirilir. Bu müəssisələrin inşası Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli "Ədliyyə orqanlarının inkişafı haqqında" Fərmanında, habelə ölkə başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nda nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikasında inşa olunan qarışıq recimli 430 nəfərin saxlanması üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsinin tikintisi artıq başa çatdırılıb. Müasir tələblərə uyğun inşa edilmiş yeni müəssisənin 2008-ci ilin aprelində açılış mərasimi keçirilib və müəssisə istifadəyə verilib.

Lənkəran (1000 nəfərlik) və Şəki (900 nəfərlik) şəhərlərində qarışıq rejimli penitensiar müəssisələr komplekslərinin, Bakı şəhərinin Zabrat qəsəbəsində isə Bakı istintaq təcridxanasının (2500 nəfərlik) tikintisi üzrə işlər davam etdirilib, bu ilin iyun ayından etibarən Bakı istintaq təcridxanası artıq fəaliyyətə başlayıb. Umbakı qəsəbəsində müasir tələblərə cavab verən yeni həbsxananın (1500 nəfərlik), Xanlar-Şəmkir yolunda isə qarışıq rejimli cəzaçəkmə müəssisəsinin (1500 nəfərlik) tikintisi üzrə inşa işlərinə başlanıb. Eyni zamanda, Kürdəmir rayonunda qarışıq recimli cəzaçəkmə müəssisəsinin (1000 nəfərlik) inşası məqsədilə 20 hektar, qadınlar və yetkinlik yaşına çatmayan məhkumlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisələrinin isə yeni əraziyə köçürülməsi üçün Zabrat qəsəbəsində 13 hektar torpaq sahəsi ayrılıb.

- Qanunvericiliyə son dəyişikliklər məhkumların, o cümlədən ömürlük azadlıqdan məhrum edilmişlərin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Həmin dəyişikliklərlə bağlı hansı işlər görülür? PX tərəfindən qanunvericiliyə məhkumların vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən yeni dəyişikliklərlə bağlı təkliflər varmı?

- 24 iyun 2008-ci il tarixli Qanunla edilmiş dəyişikliklərlə bağlı qüvvədə olan qanunvericilik aktlarının qeyd olunan qanuna uyğunlaşdırılması məqsədilə penitensiar müəssisələrin fəaliyyətini tənzimləyən bir sıra normativ aktlara, o cümlədən "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"na əlavə və dəyişikliklər elilməsi məqsədilə müvafiq təkliflər hazırlanaraq baxılması üçün Ədliyyə Nazirliyinə təqdim edilib.

Belə ki, yeni qanunvericiliyin qüvvəyə minməsi ilə əlaqədar yetkinlik yaşına çatmayan məhkumlar barədə idman, mədəni-kütləvi və digər tədbirlərə tamaşa etməyə icazə vermək növündə həvəsləndirmə tədbirinin icrası mexanizmi və Penitensiar Xidmətin Baş İdarəsinin müvafiq statistik hesabatlarının təkmilləşdirilməsinə dair konkret təkliflər verilib.

Cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında (təsərrüfat və məişət xidməti işi üçün saxlanılan) məhkumlara verilən telefon danışıqlarının sayının və müddətinin artırılması ilə əlaqədar olaraq qarşıya çıxmış məsələlərin həlli məqsədilə texniki problemlər həll edilib. Ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərə ayda iki dəfə telefonla danışmaq, il ərzində qısa müddətli 6 və uzun müddətli 2 görüş, il ərzində 8 bağlama, sovqat və banderol almaq hüququ təmin edilir.

Yeni qanunvericiliklə televiziya verilişlərinə baxmaq imkanı verilmiş məhkumların hüquqlarının təmin edilməsi məqsədilə ixtisaslaşdırılmış müalicə müəssisəsinin ömürlük azadlıqlan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müvafiq palatalarında, Müalicə Müəssisəsində, 1,8 saylı cəzaçəkmə müəssisəsinin kamera tipli otaqlarında və həbsxananın kameralarında ümumilikdə 170 ədəd televizor quraşdırılaraq məhkumların istifadəsinə verilib.

Eyni zamanda, məhkumlara televiziya kanallarını özləri tərəfindən dəyişdirilməsi imkanı verilməklə, gün ərzində teleproqramlara baxışın müddəti 2 saatdan 4 saatadək artırılıb. Məhkumlara verilən yeməyin və paltarın dəyərinin ödənilməsi üçün onların gəlirlərindən aparılan tutulmalar 2008-ci ilin iyul ayından dayandırılıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

AccessBank ilin ilk təcrübə proqramına start verir
AccessBank ilin ilk təcrübə proqramına start verir
“PAŞA Bank”ın fərdi sahibkar müştəriləri biznes kreditini ASAN imza ilə əldə edə bilərlər (VİDEO)
“PAŞA Bank”ın fərdi sahibkar müştəriləri biznes kreditini ASAN imza ilə əldə edə bilərlər (VİDEO)
PAŞA Bank “Visa” ödəniş sistemi tərəfindən mükafatlandırılıb
PAŞA Bank “Visa” ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Loading Bars
Xəbər lenti
Moskva polisi Rusiya Erməniləri İttifaqının binasına daxil olub - faşist Njde haqqında filmin nümayişi dayandırılıb
Tunisdə terror aktının qarşısı alınıb
Rusiya - Ukrayna gərginliyi davam edərsə, Avropa bazarında mavi yanacağın qiyməti artacaq (VİDEO)
Moskva Rusiyaya girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını genişləndirib
Qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya hədsiz təşəkkür edirik - Binə sakinləri (FOTO/VİDEO)
Hindistan səfirliyi Qanvermə Aksiyası təşkil edib (FOTO)
Pandemiyaya qarşı ən effektiv mübarizə yolu vaksinasiyadır - TƏHLİL
Azərbaycanın xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb
Yeni multibrend avtomobillərə xidmət mərkəzi - Motor House (FOTO/VİDEO)
YAP-ın rayon təşkilatlarına yeni sədrlər təyin olunub - TAM SİYAHI (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
Azercell-in “Nizami İli”nə töhfəsi Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətləndirildi
BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək
Ceyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Avropanın böyük özəl liman operatoru Bakı Limanı ilə əməkdaşlıq edəcək
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 14-cü Berlin Konfransında iştirak edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 3 564 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Azad olunan ərazilərdə daha bir erməni hərbçinin cəsədi tapılıb
Kamran Əliyev Almaniyanın Federal Baş prokuroru ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Bağdad hava limanı raket atəşinə tutulub
Füzuli rayonunda traktor minaya düşüb
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
Dünyada ərzaq qiymətləri son on il ərzində ən yüksək səviyyəyə çatıb - FAO (ÖZƏL)
QHT Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
Azərbaycan Yazıçılar Birliyində Yunus Oğuzun "Uçurum" romanının təqdimatı olub
Azad olunmuş ərazilərdə İran şirkətləri yaxın zamanlarda konkret layihələrlə işə başlayacaq
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib
Əli Əhmədov Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək
MÜSİAD Azərbaycan və Bakı Dövlət Peşə Təhsil Mərkəzi iş birliyinin perspektivləri müzakirə edilib (FOTO)
Rumıniyanın energetika naziri Azərbaycana gələcək
Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
ARDNF Türkiyə Mərkəzi Bankına 1 milyard avro depozit qoyub
Sabah güclü külək əsəcək
ÜGT ilə Azərbaycan arasındakı əlaqələr dinamik inkişaf edir (FOTO)
Bakıda təqribən 1500 nəfərə 1 vəkil düşür - Vəkillər Kollegiyasının sədri (VİDEO)
Növbəti tədris ilinədək yeni nümunəvi qaydalar təqdim ediləcək
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
Bakı-Qazax yolunda dəhşətli qəza (VİDEO)
Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Bakıda “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Yeni marşrutlarla Şuşa və Ağdama daşınan sərnişinlərin sayı açıqlandı
İşğaldan azad edilmiş digər ərazilər üzrə də sərnişindaşıma mərhələli şəkildə təmin ediləcək (ÖZƏL)
Sonradan peşman olmamaq üçün internetdəki məlumatlarla necə davranmalı: Kaspersky-nin yoxlama siyahısı (çek list)
Şabran sakini evində olan odlu silahı polisə təhvil verib
Dağlıq rayonlarda yollar buz bağlayacq
"Azərsu" azad edilmiş ərazilərdəki xidmət sahələri üçün avtomobil və ekskovatorlar alıb (FOTO)
Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb
“YAŞAT” Fondu şəhid ailəsinin məişət şəraitinin yaxşılaşdırılmasına dəstək göstərib (VİDEO)
Qarabağda astronomik stansiya qurulacaq
Abşeronda narkotik satan daha 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
"OBA" marketin qabağında insanları söyən şəxs bir nəfəri öldürüb
Ağacların dibi asfaltdan təmizlənib (FOTO)
AccessBank ilin ilk təcrübə proqramına start verir
Rəqəmsal banklarla bağlı yeni hüquqi bazanın yaradılması planlaşdırılmır
“Buta Airways” fevralda Mineralnıye Vodıya uçuşları bərpa edir
Xarici valyutaya tələbat artacaq - Elman Rüstəmov
Tərbiyə ocağı, yoxsa çayxana - Məktəblərdə nə baş verir?
Lavrov Zelenskini Rusiyaya dəvət edib
Məktəbdə yayılan növbəti videoyaya görə araşdırma aparılır (VİDEO)
Mərkəzi Bank beynəlxalq konsaltinq şirkəti ilə saziş imzalamağı planlaşdırır
Hərbi islahatların davam etdirilməsi 2022-ci ildə də prioritet məsələ olacaq - Zakir Həsənov
Hafiz Məmmədov ev dustaqlığına buraxılmadı
Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib (FOTO)
Kriptovalyutanın istifadəsi manatın stabilliyinə təhlükə törətmir - Mərkəzi Bank
Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb
2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov
YAP-ın Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb
Azərbaycanın ötən il ixrac etdiyi qazın həcmi açıqlanıb
Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azərbaycanda xarici valyuta satışı azalıb - Mərkəzi Bankın sədri
Mərkəzi Bankdan manatla bağlı AÇIQLAMA
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur
Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini ordenlə təltif edib
Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sistemli şəkildə davam etdirilir - PA rəsmisi
"Buta Airways" Xarkova uçuşlar həyata keçirəcək
Azərbaycan və Türkiyənin Mərkəzi bankları arasında valyuta mübadiləsi ilə bağlı danışıqlar aparılmır - Elman Rüstəmov
Bu il cari əməliyyatlar balansı ÜDM-in 10 faizinə çata bilər - Elman Rüstəmov
Miqrasiya Xidməti əcnəbilərə vaksinasiya ilə bağlı müraciət edib
Yeganə aviakosmik və texnologiya festivalı iştirakçıları arasına sən də qoşul!
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
2023-cü ildə Azərbaycanda inflyasiya sabitləşəcək - Elman Rüstəmov
Sabah hava yağıntısız keçəcək
Ötən il Azərbaycanda inflyasiya 6,75 faiz təşkil edib
Ahıl kişinin başına daşla vuraraq pulunu alan şəxs saxlanılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanlar yaranıb
Qırğızıstan Tacikistanla sərhəddə 24 mindən çox sakini təxliyə edib
İlahiyyat İnstitutunda qış imtahan sessiyası başa çatıb (FOTO)
"COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar" mövzusunda vebinar keçirilib (FOTO)
Azad edilmiş əraziləridə sahibkarlığın maliyyələşdirilməsinə dair mexanizmlər hazırlanır
Mərkəzi Bank uçot dərəcəsini artırıb
Zakir Sultanov 11 il azadlıqdan məhrum edildi
MÜSİAD Azərbaycan Vətən müharibəsi şəhidləri və qazilərinin tanıdılması, xatirələrinin əbədiləşdirilməsinə önəm verir (FOTO)
Dövlət tərəfindən sahibkarların 62 milyon manat kredit faizi ödənilib
Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb
“PAŞA Bank”ın fərdi sahibkar müştəriləri biznes kreditini ASAN imza ilə əldə edə bilərlər (VİDEO)
Bütün xəbərlər