...

Azərbaycanın Mətbuat Şurası mətbuata informasiya verməyən rəsmi orqanların və məmurların adlarını açıqlayacaq

Cəmiyyət Materials 16 Noyabr 2009 14:34 (UTC +04:00)
"Biz bu problemin həlli ilə bağlı "Zərdabi" Mətbuat Mərkəzi ilə birlikdə monitorinq keçiririk", - Trend News-un məlumatına görə, bazar ertəsi jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Azərbaycanın Mətbuat Şurası mətbuata informasiya verməyən rəsmi orqanların və məmurların adlarını açıqlayacaq

Azərbaycan, Bakı, 16 noyabr / Trend , muxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurası mətbuata informasiya verməyən rəsmi orqanların və məmurların adlarını açıqlayacaq.

"Biz bu problemin həlli ilə bağlı "Zərdabi" Mətbuat Mərkəzi ilə birlikdə monitorinq keçiririk", - Trend -un məlumatına görə, abzar ertəsi jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trend -un arayışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Amaşovun sözlərinə görə, monitorinqin nəticələri dekabr ayının ortalarında açıqlanacaq. "Biz mətbuata informasiya verməyən həmin təşkilat və məmurlarla bağlı "qara siyahı"nı ictimaiyyətə təqdim edəcəyik", - şura sədri əlavə edib.

Amaşov həbsdə olan jurnalistlərin əfv olunması üçün ilin sonuna qədər Prezident İlham Əliyevə yenidən müraciət göndəriləcəyini də istisna etməyib. "Həbsdə olan jurnalistlərlə bağlı bir çox işlər görmüşük. Biz onların həbsxanalarda saxlanma şəraiti ilə də maraqlanırıq. Əfv məsələsinə gəldikdə, bu birbaşa prezidentin səlahiyyətindədir. Növbəti müraciətimizdə dövlət başçısından bir daha jurnalistləri əfv etməsini xahiş edəcəyik", - o vurğulayıb

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti