...

Azərbaycan cüdoçuları Qran-Pri turnirində bürünc medal qazanıblar

Cəmiyyət Materials 23 Noyabr 2009 11:59 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə Qran-Pri turniri keçirilib. Trend News-un məlumatına görə, yarışda Azərbaycanın şərəfini 2 idmançı - Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) qoruyub.
Azərbaycan cüdoçuları Qran-Pri turnirində bürünc medal qazanıblar

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir F.Hüseynli/

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə Qran-Pri turniri keçirilib.

Trend -un məlumatına görə, yarışda Azərbaycanın şərəfini 2 idmançı - Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) qoruyub.

Elxan Rəcəbli 1/4 finalda özbəkistanlı Şokir Muminovu ippon fəndinə salıb. Yarımfinalda isə Robert Kravçiklə (Polşa) bacarmayıb. Yarış iştirakçıları az olduğundan, təsəlliverici mərhələyə ehtiyac qalmayıb və Rəcəbli bürünc medal qazanıb.

Məmmədov da yarımfinala qədər uğurla irəliləyib. O, öncə braziliyalı Edmilson Konseysaonu, daha sonra macarıstanlı Levente Ledenyini mübarizədən kənarlaşdırıb. Ancaq 27 yaşlı cüdoçumuzun finala gedən yolunu Dilşod Çoriyev (Özbəkistan) kəsib. Hər iki həmyerlimiz bürünc medala layiq görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti