...

Heydər Əliyev Fondu Tbilisidəki məktəbə kitablar verib

Cəmiyyət Materials 7 Dekabr 2009 19:03 (UTC +04:00)
Heydər Əliyev Fondu Tbilisidəki 73 saylı Azərbaycan məktəbinin kitabxanasına Azərbaycan dilində latın əlifbası ilə çap edilmiş bədii ədəbiyyat hədiyyə edib. Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Heydər Əliyev Fondu Tbilisidəki məktəbə kitablar verib

Azərbaycan, Bakı, 07 dekabr / Trend /

Heydər Əliyev Fondu Tbilisidəki 73 saylı Azərbaycan məktəbinin kitabxanasına Azərbaycan dilində latın əlifbası ilə çap edilmiş bədii ədəbiyyat hədiyyə edib. Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Kitablar bazar ertəsi Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri professor Namiq Əliyev tərəfindən verilib.

Hədiyyə edilən kitablar arasında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli sərəncamına müvafiq olaraq latın əlifbası ilə Azərbaycan dilində nəşr edilmiş dünya ədəbiyyatı kitabxanası olub.

Səfir məktəb kollektivi ilə görüşü zamanı qeyd edib ki, analoji ədəbiyyat komplektləri Gürcüstandakı digər Azərbaycan məktəblərinə də veriləcək.

"Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva Gürcüstan vətəndaşı olan azərbaycanlılara diqqət ayırıb və onlara lazımi qayğı göstərməkdə davam edir", - səfirliyin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti