Azərbaycan, Bakı, 08 dekabr / Trend , muxbir H.Bağırov/
Azərbaycanın Salyan rayonunda iki nəfəri xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb.
Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Salyan rayon sakini, 50 yaşlı Əliniyaz Əlihəsən oğlu Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 15-nə təyin edilib.
İttihama görə, Salyan rayonunun Quyçu kənd sakini olan Məmmədov həmkəndlisi 40 yaşlı Malik Nurəddin oğlu Hüseynovu və onun həyat yoldaşı Aybəniz İbrahim qızı Əliyevanı bıçaqlayaraq qətlə yetirib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7) maddələri ilə ittiham olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]