...

Azərbaycanın qadın gimnastları Vladimir şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər

Cəmiyyət Materials 15 Dekabr 2009 13:10 (UTC +04:00)
Aliyə Paşayeva, İradə Əhədzadə, Mənsurə Mehdiyeva və Mədinə Həsənovadan ibarət dördlük ən yüksək pilləyə qalxıb və Rusiyanın Vladimir şəhərində qızıl medal qazanıblar. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.
Azərbaycanın qadın gimnastları Vladimir şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir F.Hüseyinli/

Aliyə Paşayeva, İradə Əhədzadə, Mənsurə MehdiyevaMədinə Həsənovadan ibarət dördlük ən yüksək pilləyə qalxıb və Rusiyanın Vladimir şəhərində qızıl medal qazanıblar. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.

Bu, gələn il Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etmək məqsədi ilə məşqçi heyətin təşkil etdiyi dörd gimnastdan ibarət tamamilə yeni kollektivdir, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Daha yaşlı gimnast kollektivi gənc rəfiqələrindən geri qalmayıb. Ceyla Quliyeva, Anastasiya Prasolova, Stefani Trayanova, Nigar Mirzəyeva, Cəmilə Hüseynova, Nigar Əbdüsəlimova və Aelita Xələfova da turnirdə birinci yer tutublar.

"1995-1996-cı il təvəllüdlü gənc gimnastların turnirində gümüş medala layiq görülən Lalə Yusifova məni daha çox sevindirib", - Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva qeyd edib. "O, gördüyünüz kimi, inkişaf edir və bu sevindirməyə və əhvalı yüksəltməyə bilməz. Həmin yaş qrupunda mübarizə aparan digər idmançımız Jalə Qaratova isə 4-cü yeri tutub. Belə ki, missiya yerinə yetirilib və nümayişin ikinci hissəsi fekabrın 20-də Hollandiyada beynəlxalq türnirdə təşkil ediləcək", - baş məşqçi deyib.

Rusiyanın təkcə Vladimir şəhərində deyil, Kalininqrad şəhərində də ötən istirahət günlərində Azərbaycanın dövlət himni səslənib və üçrəngli dövlət bayrağımız ucaldılıb. 12 yaşlı Leyla Hüseynli beynəlxalq yarışların qalibi olub, Nərmin Hüseynova isə 1999-cu il təvəllüdlü gimnastlar arasında 3-cü yerə çıxıb.

Xəbər lenti

Xəbər lenti