...

Azərbaycan Parlamentinin deputatı Soyqırım muzeyinin yaradılmasını zəruri sayır

Cəmiyyət Materials 16 Yanvar 2010 11:05 (UTC +04:00)
"Azərbaycanın müxtəlif bölgələrində ermənilərin müxtəlif dövrlərdə törətdikləri soyqırımları əks etdirən muzeyin yaradılması təbliğat baxımından da çox əhəmiyyətlidir", - cümə günü Trend News-a Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkli Fazil Mustafa bildirib.
Azərbaycan Parlamentinin deputatı Soyqırım muzeyinin yaradılmasını zəruri sayır

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı soyqırım muzeyinin yaradılmasını zəruri sayır.

"Azərbaycanın müxtəlif bölgələrində ermənilərin müxtəlif dövrlərdə törətdikləri soyqırımları əks etdirən muzeyin yaradılması təbliğat baxımından da çox əhəmiyyətlidir", - cümə günü Trend -a Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkli Fazil Mustafa bildirib.

Trend -un arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaqlar Stepan Şaumyanın rəhbərliyi altında Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər.

Mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar ermənilər tərəfindən törədilən kütləvi soyqırımdan xilas olublar.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Mustafanın sözlərinə görə, bu muzeyin Bakıda Şəhidlər Xiyabanı ərazisində yaradılması daha məqsədəuyğun olardı.

"Dünyanın hər bir yerindən Azərbaycan paytaxtına səfərə gələn dövlət başçıları, beynəlxalq təşkilatların və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri xiyabanı ziyarət edirlər. Lakin həmin ərazidə muzey yaradılarsa, biz ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı torətdikləri soyqırımlarla bağlı onlara daha sanballı materiallar təqdim edə bilərik", - millət vəkili əlavə edib.

Onun fikrincə, Qubada ermənilərin 1918-ci ildə törətdikləri soyqırımla bağlı dəhşətli faktlar və həmin vəhşilikləri əks etdirən materiallar var. "Biz həm bu, həm də Xocalı və digər soyqırımlarla bağlı təkzibolunmaz materialları bir muzeydə cəmləşdirməklə ermənilərin azərbaycanlılara qarşı törətdikləri bütün vəhşiliklərini bir yerdə bütün dünyaya nümayiş etdirmək şanşı əldə edə bilərik", - partiya sədri vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti