...

Azərbaycanda qocanı qətlə yetirməkdə təqsirli bilinən Rusiya vətəndaşına 15 il iş verilib

Cəmiyyət Materials 22 Yanvar 2010 12:47 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 27 yaşlı Rusiya vətəndaşı Rəşan İslam oğlu İsrafilov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda qocanı qətlə yetirməkdə təqsirli bilinən Rusiya vətəndaşına 15 il iş verilib

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda 80 yaşlı qocanı xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Rusiya vətəndaşına hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 27 yaşlı Rusiya vətəndaşı Rəşan İslam oğlu İsrafilov 15 il müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il oktyabrın 21-də Bakının Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, ev 21-də 80 yaşlı Rafiq Əliyevin meyiti tapılıb. Aparılan müayinələr nəticəsində Əliyevin boğaz nahiyəsindən bıçaqla kəsilməsi aşkar edilib.

Əzizbəyov rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törədən 27 yaşlı İsrafilov tutulub. Müəyyən edilib ki, İsrafilov hadisəni tamah məqsədi ilə törədib. O, Əliyevi qətlə yetirsə də, evdən heç nə tapa bilməyib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.4, 120.2.9, 120.2.11), quldurluq (181.3.3) maddələri ilə ittiham olunub.

Xəbər lenti

Xəbər lenti