...

Gürcüstan Azərbaycanlı Gənclərinin forumu yaradılacaq

Cəmiyyət Materials 16 Mart 2010 12:17 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Gürcüstanda Azərbaycan gənclərinin "Gürcüstan - bizim vətənimiz" forumu təsis ediləcək.
Gürcüstan Azərbaycanlı Gənclərinin forumu yaradılacaq

Gürcüstan, Tbilisi, 16 mart / Trend müxbir C.Babayeva/

Gürcüstan Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Gürcüstanda Azərbaycan gənclərinin "Gürcüstan - bizim vətənimiz" forumu təsis ediləcək.

"Gürcüstanda Azərbaycan gənclərinin forumu onlara Gürcüstan cəmiyyətinə inteqrasiya etməyə kömək məqsədi ilə yaradılacaq", - bu barədə çərşənbə axşamı GAK-nin sədri Əli Babayev Trend -a bildirib.

"Gürcüstanda Azərbaycan Gəncləri Forumunun təsis qurultayı martın 17-də Tbilisidəki Kino evində keçiriləcək", - o bildirib. "Qurultayın işində Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Azərbaycanın diaspora işləri üzrə dövlət komitəsi, Gürcüstanın Reinteqrasiya Nazirliyi, Gürcüstan və Azərbaycanın ictimai xadimləri iştirak edəcəklər", - GAK sədri vurğulayıb.

Gürcüstan Azərbaycanlılarının Konqresi 2008-ci ilin martın 17-də Tbilisidə, təxminən, 20 Azərbaycan QHT tərəfindən təsis edilib. Konqresin məqsədi - Gürcüstanda yaşayan Azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasına yardım etmək və onların problemlərinin həlli yollarını öyrənməkdir.

Qeyri-rəsmi məlumatlara əsasən, Gürcüstanda, əsasən də Kvemo-Kartlidə (Borçalı), təxminən, 500 min azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti