...

Azərbaycanlı tələbələr və müəllimlər Norveçdə olacaqlar

Cəmiyyət Materials 1 Aprel 2010 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Dillər Universitetinin 9 nəfər müəllim və 10 nəfər tələbəsi iyunun 26-dan avqustun 6-dək Oslo Universitetində Beynəlxalq Yay Məktəbində iştirak etmək üçün Norveçə gedəcəklər.

"Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidovun Norveçin ölkəmizdəki səfiri Yon Ramberqlə görüşündə universitetin nəzdində fəaliyyət göstərən Skandinaviya Mərkəzinin fəaliyyəti, universitetdə Norveç dilinin tədrisi, həmçinin, ADU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində skandinaviyaşünaslıq ixtisasının inkişafından söhbət açılıb", - cümə axşamı Trend -a universitetin mətbuat xidmətindən bildirilib.

Yüksəksəviyyəli mütəxəssislərin və ixtisaslı kadrların hazırlanmasının vacibliyini bildirən Seyidov deyib ki, belə gənclər gələcəkdə öz ölkələrinə qayıdaraq vətənlərinə xidmət edəcəklər. "Seyidov universitetdə azərbaycanlı müəllimlərlə yanaşı, Norveç dilinin tədrisinin Norveçdən gələn müəllimlər tərəfindən aparıldığını müsbət hal kimi dəyərləndirib", - məlumatda vurğulanır.

Ramberq, Oslo Universitetində ADU-nun müəllim və tələbələrinin Beynəlxalq Yay Məktəbində iştirak etməsini azərbaycanlı müəllimlərin təkmillədirilməsi baxımından yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti