...

Azərbaycanda gənclərin qeyri-hökumət təşkilatlarının layihələri üzrə müsabiqə elan olunub

Cəmiyyət Materials 1 Aprel 2010 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN) gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən bildiriblər.

Təqdim olunan layihələr gənclər arasında ekoloji maarifləndirmənin aparılması, sağlam həyat tərzinin, informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği, həmçinin gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin inkişafı və məşğulluğunun təmin edilməsi, asudə vaxtının səmərəli təşkilinin, intellektual inkişafının təmin edilməsi, onlara sosial xidmətlərin göstərilməsi mövzusunda olmalıdır.

Layihələr 2010-cu ilin aprelin 1-dən 30-dək Gənclər və İdman Nazirliyinin Ekspert-Məsləhət Şurasına yazılı şəkildə təqdim olunmalıdır.

Xəbər lenti

Xəbər lenti