...

İran Musa peyğəmbərin həyatı ilə bağlı film çəkəcək

Cəmiyyət Materials 14 Aprel 2010 17:09 (UTC +04:00)
İranın tanınmış kinorejissoru Fərəcullah Sələhşur bildirib ki, İran dövlət televiziyasının birinci kanalının sifarişi ilə Musa peygəmbərin həyatı ilə bağlı serial çəkiləcək. Bu barədə çərşənbə günü Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
İran Musa peyğəmbərin həyatı ilə bağlı film çəkəcək

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/

İranın tanınmış kinorejissoru Fərəcullah Sələhşur bildirib ki, İran dövlət televiziyasının birinci kanalının sifarişi ilə Musa peygəmbərin həyatı ilə bağlı serial çəkiləcək. Bu barədə çərşənbə günü Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Sələhşur əlavə edib ki, hazırda serialın ssenarisinin hazırlanması və yazılması işləri gedir.

"Dövlət kanalı ilə imzaladığımız müqaviləyə əsasən, serialın ssenarisinin hazırlanması üçün ilyarım vaxt nəzərdə tutulub. Musa peyğəmbərin həyatı barədə rəvayətləri nəzərə alsaq, filmin başa çatmasının bir az uzanacağını güman edirəm", - Sələhşur deyib.

Bundan öncə iranlı rejissor Sələhşur İran dövlət teleradiosunun sifarişi ilə hazırlanmış müsəlman ölkələrində geniş maraqla izlənən və böyük uğur qazanan "Yusif peyğəmbər" serialının rejissoru olub.

Xəbər lenti

Xəbər lenti