...

Azərbaycanda qumar borcuna görə xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən şəxsə hökm oxunub

Cəmiyyət Materials 23 Aprel 2010 13:55 (UTC +04:00)
Azərbaycanda qumar borcuna görə xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən şəxsə hökm oxunub. Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Bakı şəhər sakini İmanulla Bəşirov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda qumar borcuna görə xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən şəxsə hökm oxunub

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda qumar borcuna görə xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən şəxsə hökm oxunub. Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Bakı şəhər sakini İmanulla Bəşirov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Bəşirov qumar oynayarkən Şahin Nurməmmədova 140 manat uduzub. 2009-cu il dekabrın 24-də Nurməmmədov qumarda udduğu pulu Bəşirovdan istəyib. Həmin zaman aralarında yaranan mübahisə nəticəsində Bəşirov Nurməmmədovu güllələyərək qətlə yetirib.

Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 26-cı polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bəşirov həbs edilib. Ondan "Makarov" tipli tapança və 7 ədəd patron aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti