...

Azərbaycanda özünü Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi kimi təqdim edən şəxsə hökm oxunub

Cəmiyyət Materials 21 May 2010 12:36 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin keçmiş əməkdaşı Məhərrəm Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda özünü Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi kimi təqdim edən şəxsə hökm oxunub

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H.Bağırov/

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin keçmiş əməkdaşı Məhərrəm Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhərrəmov Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində işlədiyi müddətdə bir qrup vətəndaşı aldadaraq, onların torpaqlarına rəsmi sənəd alacağı adı ilə dələduzluq edib.

Cinayət işi üzrə 10 nəfər zərərçəkmişə 155 min manat ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti