...

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi başlanır

Cəmiyyət Materials 7 İyun 2010 14:08 (UTC +04:00)
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi başlanır. Trend-in Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir T.Hacıyev/

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi başlanır. Trend-in Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Qəbul elanına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına 2 may 2010-cu il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar (ümumi balı 50-dən az olmayan bakalavrlar) imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər.

Bundan sonra, bakalavrlar 2010-cu il iyunun 17-dən 19-dək öz elektron ərizələrinə daxil olaraq, ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən "Magistr" jurnalının 4-cü sayında 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram və ixtisaslaşma seçimi haqqında elanı dərc edilib.

Xəbər lenti

Xəbər lenti