...

Üzeyir Hacıbəyovun abidə kompleksində aparılan qranit üzləmə işləri tamamlanıb

Cəmiyyət Materials 11 İyun 2010 13:40 (UTC +04:00)
Abidə kompleksinin inşa edildiyi xiyabanın eni 23 metr, ərazisınin uzunluğu 61 metr təşkil edir. 1 340 kvadratmetrlik abadlaşdırılan sahənin, təxminən, 740 kv.m hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar quraşdırılıb. Hazırda ərazidə müasir işıqlandırma sistemi quraşdırılır. Bu məqsədlə PVC borular artıq çəkilib.
Üzeyir Hacıbəyovun abidə kompleksində aparılan qranit üzləmə işləri tamamlanıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhəri Üzeyir Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə kompleksində aparılan qranit üzləmə işləri tamamlanıb.

Abidə kompleksinin inşa edildiyi xiyabanın eni 23 metr, ərazisınin uzunluğu 61 metr təşkil edir. 1 340 kvadratmetrlik abadlaşdırılan sahənin, təxminən, 740 kv.m hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar quraşdırılıb. Hazırda ərazidə müasir işıqlandırma sistemi quraşdırılır. Bu məqsədlə PVC borular artıq çəkilib.

Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m.-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.

Xəbər lenti

Xəbər lenti