...

YUNESKO ekspertləri Azərbaycan Milli Elmlər Akademiyasında islahat aparılması ilə bağlı ilkin tövsiyələrini veriblər - prezident Mahmud Kərimov

Cəmiyyət Materials 29 İyun 2010 14:58 (UTC +04:00)
YUNESKO ekspertləri Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatlar aparılması ilə bağlı ilkin tövsiyələrini veriblər, - bu barədə Trend-ə çərşənbə axşamı AMEA prezidenti Mahmud Kərimov bildirib.
YUNESKO ekspertləri Azərbaycan Milli Elmlər Akademiyasında islahat aparılması ilə bağlı ilkin tövsiyələrini veriblər - prezident Mahmud Kərimov

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M. Əliyev/

YUNESKO ekspertləri Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatlar aparılması ilə bağlı ilkin tövsiyələrini veriblər, - bu barədə Trend-ə çərşənbə axşamı AMEA prezidenti Mahmud Kərimov bildirib.

"AMEA-da aparılacaq islahatlarla bağlı YUNESKO ekspertləri ilə müəyyən iş görülüb, onlar vəziyyəti öyrəniblər, ilkin hesabat hazırlayıblar və öz ümumi tövsiyələrini veriblər", - o bildirib.

Kərimovun sözlərinə görə, ilkin hesabatda, əsasən, ümumi konseptual baxımdan tövsiyələr verilib. "Tövsiyələrdə akademiyaya dövlət vəsaitlərinin artırılması, gənc kadrların, alimlərin AMEA-ya cəlb olunması da var", - AMEA prezidenti əlavə edib.

Mahmudov bildirib ki, YUNESKO ekspertləri daha konkret tövsiyə və təklifləri Azərbaycana səfəri zamanı açıqlayacaqlar.

AMEA prezidenti bildirib ki, hazırda ekspertlər ayrılacaq qrant vəsaitini gözləyirlər ki, bu da payıza kimi öz həllini tapa bilər.

Xəbər lenti

Xəbər lenti