...

Sumqayıtda 8 yaşayış binasının fasad divarları əsaslı təmir edilib

Cəmiyyət Materials 6 İyul 2010 11:22 (UTC +04:00)
Sumqayıtda 8 yaşayış binasının fasad divarları əsaslı təmir edilib
Sumqayıtda  8 yaşayış binasının fasad divarları əsaslı təmir edilib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Sumqayıt şəhərinin yaşayış binalarının dam örtüklərinin və fasadlarının təmiri ilə bağlı görülən işlər davam etdirilir.

İcra Hakimiyyətinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, birinci yarım il ərzində 8 yaşayış binasının fasad divarları əsaslı təmir edilərək rənglənib. Son illər ərzində isə ümumilikdə 240-dan çox binanın xüsusi layihələrə əsasən, zövqoxşayan rənglərlə boyanması şəhərin memarlıq görkəminə yaraşıq gətirib.

Qeyd olunanlarla yanaşı, hazırda şəhərin 6-cı mikrorayon ərazisində yerləşən 27, 30 və 35 saylı yaşayış binalarının fasad hissəsində əsaslı təmir işləri aparılır. Şəhərdə, ümumilkdə, 1 436 yaşayış binası mövcuddur.

Xəbər lenti

Xəbər lenti