...

Azərbaycanda ilk dəfə dağ idman növləri üzrə festival keçiriləcək

Cəmiyyət Materials 13 İyul 2010 16:06 (UTC +04:00)
Hava və Ekstremal İdman Növləri Federasiyası iyulun 14-18-də Azərbaycanda ilk dəfə olaraq dağ idman növləri festivalı keçirəcək.
Azərbaycanda ilk dəfə dağ idman növləri üzrə festival keçiriləcək

Аzərbaycan, Bakı, 13 iyul /Trend, müxbir М.Əliyev/

Hava və Ekstremal İdman Növləri Federasiyası iyulun 14-18-də Azərbaycanda ilk dəfə olaraq dağ idman növləri festivalı keçirəcək. Bu barədə federasiyadan verilən məlumatda deyilir.

Qərb universitetinin dəstəyi ilə təşkil olunan "Qızıl qaya - 2010" festivalında boulderinq, "Şahdağ dağında "Heydər zirvəsi"nə yürüş, 200-300 metr hündürlüyündə qayaya dırmanma üzrə yarış keçiriləcək.

Tədbirlərdə 100-dən çox iştirakçı və federasiyanın 20 klubu, həmçinin Azərbaycan Alpinizm Federasiyasının nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti