...

İranlı alimlər süni qan istehsal ediblər

Cəmiyyət Materials 27 İyul 2010 11:30 (UTC +04:00)
İranlı tədqiqatçılar süni qanı laboratoriya mərhələsində sınaqdan keçiriblər. Laboratoriyada heyvanlar üzərində müxtəlif testlər aparılıb və çox müsbət nəticələr əldə olunub. Bunu süni qan istehsalı araşdırma layihəsinin rəhbəri Hüseyn Hənifi deyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.
İranlı alimlər süni qan istehsal ediblər

İranlı tədqiqatçılar süni qanı laboratoriya mərhələsində sınaqdan keçiriblər. Laboratoriyada heyvanlar üzərində müxtəlif testlər aparılıb və çox müsbət nəticələr əldə olunub. Bunu süni qan istehsalı araşdırma layihəsinin rəhbəri Hüseyn Hənifi deyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Hənifi əlavə edib ki, bu qan dondurula və bütün qan qruplarına tətbiq oluna bilər. "Nanohissəcik taktikasından istifadə etməklə süni hemoqlabin istehsal etmişik", -  Hənifi deyib.

Onun sözlərinə görə, bu hemoqlabinlər bədəndə oksigen daşıyıcısı kimi rol oynayacaq.

"Bu süni qan sterilizə olunub və dondurulma qabiliyyətinə malikdir", - Hənifi bildirib.

İranda ildə 7 milyon vahid qan istifadə olunur.

Xəbər lenti

Xəbər lenti