...

Ukrayna DİN Azərbaycan Baş Prokurorluğuna insan orqanlarının qanunsuz transplantasiyası məsələsi ilə bağlı müraciət edib

Cəmiyyət Materials 26 Avqust 2010 13:57 (UTC +04:00)
Ukrayna Daxili İşlər Nazirliyi Azərbaycan Baş Prokurorluğuna daxili orqanların qanunsuz transplantasiyası haqqında yayılan məlumatları araşdırmaq üçün Ukrayna DİN əməkdaşlarının Bakıya səfərlərinin təşkilinə yardım göstərmək xahişi ilə müraciət edib. Bu barədə cümə axşamı jurnalistlərə baş prokurorun birinci müavini Rüstəm Usubov məlumat verib.
Ukrayna DİN Azərbaycan Baş Prokurorluğuna insan orqanlarının qanunsuz transplantasiyası məsələsi ilə bağlı müraciət edib

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Ukrayna Daxili İşlər Nazirliyi Azərbaycan Baş Prokurorluğuna daxili orqanların qanunsuz transplantasiyası haqqında yayılan məlumatları araşdırmaq üçün Ukrayna DİN əməkdaşlarının Bakıya səfərlərinin təşkilinə yardım göstərmək xahişi ilə müraciət edib. Bu barədə cümə axşamı jurnalistlərə baş prokurorun birinci müavini Rüstəm Usubov məlumat verib.

Onun sözlərinə görə, daxili orqanların qanunsuz transplantasiyası məsələsi Azərbaycan DİN və Baş Prokurorluğun nəzarəti altındadır.

Son günlər bəzi KİV-də Azərbaycanda insan orqanlarının "qara transplantasiyası"nı həyata keçirən tibb müəssisələri, Ukrayna və İsrail vətəndaşları da daxil olmaqla, həmin bizneslə məşğul olan mütəşəkkil cinayətkar qruplaşma haqqında uzun müddət ərzində

yayılan informasiyalara aydınlıq gətirilməsi üçün Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsi tərəfindən Ukrayna Baş Prokurorluğunun müvafiq idarəsi ilə əlaqə saxlanılıb.

Bundan əvvəl Azərbaycan Baş Prokurorluğu bu məsələyə aydınlıq gətirilməsi üçün Beynəlxalq əlaqələr idarəsinə Ukrayna Baş Prokurorluğunun müvafiq strukturları ilə əlaqə saxlamaqla bağlı tapşırıq vermişdi.

Xəbər lenti

Xəbər lenti