...

Azərbaycanlı gimnastlar Moskvada keçirilən dünya çempionatında lentlə tapşırığı yerinə yetiriblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2010 19:31 (UTC +04:00)
Bu gün Moskvada "Olimpiyski" idman kompleksində bədii gimnastika üzrə 30-cu dünya çempionatı yarışlarının üçüncü günü keçirilir. Azərbaycanlı gimnastlar lentlə tapşırığı yerinə yetiriblər.
Azərbaycanlı gimnastlar Moskvada keçirilən dünya çempionatında lentlə tapşırığı yerinə yetiriblər (ƏLAVƏ OLUNUB) (FOTO)

RED. əlav.: şəkillər əlavə olunub

Rusiya, Moskva, 22 sentyabr /Trend, xüsusi müxbir Е.Kriştalev/

Bu gün Moskvada "Olimpiyski" idman kompleksində bədii gimnastika üzrə 30-cu dünya çempionatı yarışlarının üçüncü günü keçirilir. Azərbaycanlı gimnastlar lentlə tapşırığı yerinə yetiriblər.

Azərbaycanlı idmançılardan xalça üzərinə birinci çıxan Samirə Mustafayeva olub. O, öz çıxışında bir sıra elementləri yerinə yetirməkdə səhvlərə yol verib. Bu səbəbdən də az bal (25.100) toplayıb. Samirə Mustafayeva üç proqramın yekunlarına görə cəmi 76,050 bal toplayıb.

Lentlə tapşırıqlarda Anna Qurbanova hakimlərdən 26.150, üç çıxışın yekunlarına görə isə 78.800 bal toplayıb.

Üçüncü çıxış edən Aliyə Qarayeva klass və lider statusunu təsdiq edib. Onun lentlə tapşırığa görə aldığı qiymət 27,400, üç çıxışa görə ümumi nəticə isə 81,750 bal olub.

Azərbaycan komandasının üçgünlük qiymətləndirməyə görə ümumi balı 236,600 olub.

Sabah səhər qızlarımız topla oyun nümayiş etdirəcəklər, axşam isə top və lentlə hərəkətlərlə final oyunları olacaq.

Xəbər lenti

Xəbər lenti