...

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 71 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2010 12:33 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında çərşənbə günü görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 71 illiyinə həsr olunmuş sərgi təşkil olunub.
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 71 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında çərşənbə günü görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 71 illiyinə həsr olunmuş sərgi təşkil olunub.

Mərkəzi Elmi Kitabxananın yaydığı məlumata görə, sərgidə Şərq ruhu, Qərb düşüncələri və analitizmi, ərəb Şərqi-Qərb sintezi məsələlərini əks etdirən, müxtəlif dillərdə nəşr olunan 30-a yaxın kitab, 40-dan çox məqalə və onun elmi irsinin təhlilinə həsr olunmuş ədəbiyyat yer alıb. Sərgidə "Yeni ərəb ədəbiyyatı korifeyləri" (2003), "Qələmlər birliyi" və "Mixail Nuaymə" (2002), "Cübran Xəlil Cübran" (1975, 2002), "Şərq və Qərb: ortaq mənəvi dəyərlər" (2004) və başqa əsərlər oxucuların diqqətini xüsusilə cəlb edib. Sərgidə həmçinin, alimin müxtəlif dillərdə nəşr olunmuş "Ассоциация пера" и Михаил Нуайме" (1975), "Modern Arap Edebiyyatının Usta Kalemleri" (2007) ədəbiyyatı nümayiş olunub.

Ənənəvi sərgi ilə bərabər, kitabxananın zalında virtual sərgi də hazırlanıb.

Xəbər lenti

Xəbər lenti