Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə cümə axşamı Şamaxı dindarları ilə görüşüb. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
Şamaxı şəhər Cümə məscidində baş tutan görüşdə Paşazadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkədə dini dəyərlərə böyük önəm verir. Onlar dini abidələrin bərpasına böyük töhfələr veriblər.
Səfərdə məqsəd QMİ-nin Şirvan zonası üzrə qazısı və Şamaxı məscidinin axundu Mustafa Məmişovun yas mərasimində iştirak edərək ailəsinə başsağlığı vermək olub.