...

Azərbaycanda növbəti əfv fərmanının imzalanması üçün siyahı təqdim edilib

Cəmiyyət Materials 28 Dekabr 2010 11:13 (UTC +04:00)
Azərbaycanda növbəti əfv fərmanının imzalanması üçün siyahı təqdim edilib
Azərbaycanda növbəti əfv fərmanının imzalanması üçün siyahı təqdim edilib

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının bazar ertəsi iclası keçirilib.

Əfv Komissiyasının üzvü Elmira Axundova çərşənbə axşamı Trend-ə bildirib ki, komissiya daxil olan 300 dən artiq müraciətin hamısına baxıb və əfv siyahısını Prezidentə təqdim edib.

Məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə növbəti əfv fərmanının imzalanması gözlənilir.

1994-cü ildən indiyədək imzalanmış 47 əfv fərmanı ilə 5029 şəxs cəzadan azad edilib. Fərmanların 15-i Prezident İlham Əliyev, 32-si isə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.

Xəbər lenti

Xəbər lenti