Gürcüstan, Tbilisi, 30 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycanın "Socar Energy Georgia" şirkəti Gürcüstan Futbol Federasiyasının sponsoru olub. Bu barədə sazişi şirkət rəhbəri Mahir Məmmədov və Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava imzalayıblar.
Məmmədovun bildiridiyinə görə, şirkət həmişə öz orijinallığı ilə seçilən və keçmişdə beynəlxalq arenada da böyük uğurlar qazanan gürcü futbolunun inkişafına öz töhfəsini vermək qərarına gəlib.
Öz növbəsində Siçinava qeyd edib ki, Azərbaycan şirkəti federasiyaya futbolun təşəkkül tapmasında, həm ölkənin fotbol infrastrukturunun, həm də uşaq futbolunun inkişafında ciddi kömək etmək niyyətindədir.
Son il ərzində Federasiya prezidenti çoxlu şirkətlərlə görüş və danışıqlar keçirib, lakin onlar arasında etibarlı tərəfdaş tapa bilməyib. "İndi razıyam ki, belə sanballı şirkətlə saziş bağlamışıq və tutbolumuzun inkişafı işində etibarlı tərəfdaş qazanmışıq", - Siçinava vurğulayıb.
Sazişin təfərrüatları və məbləği hələ ki açıqlanmır.