...

Azərbaycan Ekologiya Nazirliyində kollegiya iclası keçirilib

Cəmiyyət Materials 3 Fevral 2011 11:42 (UTC +04:00)
Azərbaycanda 2010-cu ildə ümumilikdə 49,97 hektar meşə fondu ərazisində yanğın hadisəsi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu barədə qurumun kollegiya iclasında bildirilib.
Azərbaycan Ekologiya Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2010-cu ildə ümumilikdə 49,97 hektar meşə fondu ərazisində yanğın hadisəsi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu barədə qurumun kollegiya iclasında bildirilib.

İclasda qeyd olunub ki, yanğın əleyhinə vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib.

Kollegiya iclasında bildirilib ki, ötən il "Ekologiya ili" çərçivəsində həyata keçirilən ağacəkmə kampaniyasında əvvəllər ölkədə görünməmiş miqdarda ağac əkininə nail olunub, təkcə Bakıda və Abşeron yarımadasında ölkə Prezidentinin çağırışından sonra 2,8 milyondan çox, ümumilikdə respublika ərazisində isə 8 milyondan artıq ağac və kol bitkisi əkilib. "Yalnız ağac əkilməsi ilə kifayətlənilməyib, geniş və müasir suvarma şəbəkəsinin qurulması, ağaclara aqrotexniki qulluq sahəsində də böyük işlər görülüb", - iclasda deyilib.

Bundan əlavə, iclasda meşələrin artırılması sahəsində ötən il ərzində 10 min hektar sahədə meşəbərpa tədbirləri keçirildiyi, meşə əkinlərinin becərilməsi məqsədilə 32 min hektar sahədə suvarma işlərinin aparıldığı, müxtəlif ağac və kol cinslərindən 160 min kiloqram toxum və müəssisələr üzrə 38 min kubmetr həcmində oduncaq tədarük edildiyi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti