...

Vaşinqtonda Xocalı faciəsi haqqında filmin təqdimatı keçiriləcək (VİDEO)

Cəmiyyət Materials 18 Fevral 2011 13:35 (UTC +04:00)
Fevralın 24-də Vaşinqtonda türk jurnalisti Cem Oğuzun "Qaçqın: Anar Usubovun həyat tarixi" filminin təqdimatı keçiriləcək.
Vaşinqtonda Xocalı faciəsi haqqında filmin təqdimatı keçiriləcək (VİDEO)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir A.Qasımova/

Fevralın 24-də Vaşinqtonda türk jurnalisti Cem Oğuzun "Qaçqın: Anar Usubovun həyat tarixi" filminin təqdimatı keçiriləcək.

Xocalı faciəsinin baş verdiyi zaman cəmi səkkiz yaşı olan oğlan öz taleyindəki gözlənilməz dəyişikliklər barədə danışır. Film mükafat almaq üçün müxtəlif beynəlxalq müsabiqələrə təqdim olunacaq. Kinofilm həm Azə rbaycan, həm də ingilis dilində hazırlanıb.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti