...

Azərbaycanın Mətbuat Şurası Türkiyə jurnalistlərinin həbsini pisləyib

Cəmiyyət Materials 10 Mart 2011 14:04 (UTC +04:00)
Heç bir jurnalisti yazısına və ya siyasi əqidəsinə görə həbs etmək olmaz. Trend-in məlmatına görə, bunu jurnalistlərə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyədə bir qrup jurnalistin həbs olunmasına münasibət bildirərkən deyib.
Azərbaycanın Mətbuat Şurası Türkiyə jurnalistlərinin həbsini pisləyib

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir T.Hacıyev/

Heç bir jurnalisti yazısına və ya siyasi əqidəsinə görə həbs etmək olmaz. Trend-in məlmatına görə, bunu jurnalistlərə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyədə bir qrup jurnalistin həbs olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, jurnalist baş verən olaylarla bağlı cəmiyyəti məlumatlandırır.

"Əgər jurnalist proseslərin özündə iştirak edirsə, o zaman müəyyən müəmmalar yaranır. Türkiyədə baş verən hadisələri, həm "Milliyət" qəzetinin, həm "OdaTV" internet televiziyasının əməkdaşlarının həbsi ilə bağlı prosesləri izləyirik. Bizə maraqlıdır ki, onlar baş verən hadisələrdə iştirak ediblər, yoxsa hadisə ilə bağlı cəmiyyəti məlumatlandırıblar?", - Amaşov əlavə edib.

Türkiyə rəsmilərinin verdiyi məlumata görə, ölkə mediasının 10 nəfər jurnalisti "Ergenekon" terror təşkilatıyla əlaqələrinin olması ittihamı ilə həbs ediliblər.

Xəbər lenti

Xəbər lenti