...

Sosial şəbəkələrdə yayılan çağırışlara Bakı Dövlət Universitetindən heç bir tələbə qatılmayacaq - rektor

Cəmiyyət Materials 10 Mart 2011 15:11 (UTC +04:00)
Sosial şəbəkələrdə yayılan çağırışlara Bakı Dövlət Universitetindən heç bir tələbə qatılmayacaq. Bunu cümə axşamı jurnalistlərə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.
Sosial şəbəkələrdə yayılan çağırışlara Bakı Dövlət Universitetindən heç bir tələbə qatılmayacaq - rektor

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Sosial şəbəkələrdə yayılan çağırışlara Bakı Dövlət Universitetindən heç bir tələbə qatılmayacaq. Bunu cümə axşamı jurnalistlərə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.

Onun sözlərinə görə, bu günlərdə universitetin tələbə aktivistləri toplantı keçiriblər və həmin ismarıcları pislədiklərini bildiriblər.

"Bəzən "Facebook" vasitəsilə tələbələrin mitinqə çağırışları olur. Lakin bizim tələbələr bunun əksinə olaraq, bu addımları pisləyən səhifələr açırlar", - o, qeyd edib.

"Facebook" sosial şəbəkəsində Azərbaycanda gənclərin 11 martda kütləvi mitinqlərə çağırışı yerləşdirilib.
Məhərrəmovun fikrincə, bu cür çağırışların edilməsində erməni əsilli insanların rolu var. "Xaricdə erməni mənşəli tələbələr bizimkiləri yoldan çıxarır və internet vasitəsilə onlara cürbəcür ismarıclar göndərirlər. Çünki bu gün Ermənistanda vəziyyət çox ağırdır, Azərbaycan isə dinamik inkişaf edir", - rektor bildirib.

Məhərrəmovun sözlərinə görə, hazırda Bakı Dövlət Universitetində təhsil alan 18 min tələbənin böyük əksəriyyəti Azərbaycanın dövlətçiliyini dəstəkləyir.

"Bakı Dövlət Universitetində gənclər demokratik düşüncə müstəvisində təlim və təhsil alırlar", - millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti