...

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ baş verib

Cəmiyyət Materials 24 Mart 2011 13:24 (UTC +04:00)
Gürcüstanda 3,3 bal gücündə zəlzələ baş verib.
Gürcüstan-Azərbaycan sərhədində zəlzələ baş verib

Gürcüstan, Tbilisi, 24 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda 3,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ bu gecə yerli vaxtla saat 03:16-da Kaxeti regionunda (Şərqi Gürcüstan) qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Seysmoloji Mərəkəzindən xəbər verilib.

Zəlzələnin episentri Tbilisidən 46 kilometr şərqdə yerləşib.

Zəlzələnin episentri Saqareci rayonunun Tulari kəndinin bir kilometrliyində (Kaxetiya), David Qareci (Gürcüstan-Azərbaycan sərhədi) monastır kompleksindən şimal-qərbdə yerləşib .

İnstitutdan deyiblər ki, göstərilən region nisbətən seysmik aktiv zona hesab edilir.

Xəbər lenti

Xəbər lenti