...

İran və Azərbaycan arasında qardaşlıq əlaqələrini heç bir amil poza bilməz - İran Prezidenti (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 28 Mart 2011 18:09 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Tehranda Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevi qəbul edib.
İran və Azərbaycan arasında qardaşlıq əlaqələrini heç bir amil poza bilməz - İran Prezidenti (ƏLAVƏ OLUNUB)

Başlıq dəyişdirilib, danışıqların təfərrüatı əlavə olunub (ilk xəbər saat 16:44-də yayılıb)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad Tehranda Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevi qəbul edib. Bu barədə Trend İran Prezidentinin rəsmi xəbər saytı president.ir-ə istinadən məlumat verir.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb. "İran və Azərbaycan əlaqələri dərin və qardaşlıq əlaqələridir. Bu əlaqələri heç bir amil poza bilməz", - İİR Prezidenti deyib.

Əhmədinejad əlavə edib ki, İran və Azərbaycan xalqlarının bir-biri ilə səmimi bağlılıqları var. "İran Azərbaycanın inkişafını öz inkişafı bilir və bütün sahələrdə hər iki ölkənin xalqlarının mənafeyinə uyğun olaraq əməkdaşlıq etməyə hazırdır", - o qeyd edib.

Görüşdə Elçin Əfəndiyev Novruz bayramı münasibətilə İranda keçirilən şənliyin təşkilatçılığından məmnun qaldığını bildirib.

Əfəndiyev deyib ki, Azərbaycan İranla münasibətlərini daha da inkişaf etdirməkdə həmişə maraqlıdır.

Elçin Əfəndiyev Novruz bayramı münasibətilə İranda keçirilən şənliklərdə iştirak etmək üçün bu ölkədə səfərdədir. Martın 27-28-də Tehranda İranın qonşusu olan və Novruz bayramını qeyd edən bir neçə ölkənin prezidentlərinin iştirakı ilə təntənəli bayram şənliyi keçirilib.

Azərbaycanın təşəbbüsü ilə 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyası 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti