...

Türkiyə türkcəsində çap edilmiş "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2011 14:08 (UTC +04:00)
Bu gün Odlar Yurdu Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir təşkil edilib. Tədbirdə Türkiyə türkcəsində çap olunmuş "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının təqdimatı da keçirilib.
Türkiyə türkcəsində çap edilmiş "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir T.Cəfərov/

Bu gün Odlar Yurdu Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir təşkil edilib. Tədbirdə Türkiyə türkcəsində çap olunmuş "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının təqdimatı da keçirilib.

Tədbirdə millət vəkilləri Əhməd Vəliyev, Qənirə Paşayeva, tanınmış jurnalist Akif Aşırlı, universitet tələbəri və jurnalistlər iştirak ediblər.

Millət vəkili və Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev deyib ki, bu cür kitabların nəşri gənclərimizə Azərbaycanın tarixi ilə dərindən tanış olmaq imkanı verir.

Kitabın həmmüəllifi, deputat Qənirə Paşayeva bildirib ki, 31 mart təkcə Azərbaycanda deyil, dünyanın hər yerində yaşayan 50 milyondan artıq azərbaycanlılar üçün çox ağır gündür.

"Çünki bu gün ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım günüdür. 70 il Sovet İttifaqı dövründə xalqımıza öz tarixinin oxudulmasına, öyrədilməsinə, yayılması və təbliğ olunmasına icazə verilməyib. Yalnız müstəqillik əldə etdikdən sonra biz XX əsrin əvvəlində xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş soyqrımları tədqiq edib, oxuyub öyrənə bilirik. Bu gün də universitetdə kitabın müzakirəsi, bu məsələlərin müzakirəsi ona görədir ki, bizim gənclərimiz bu sahədə daha bilikli olsunlar", - Paşayeva deyib.

Deputat qeyd edib ki, soyqrımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər.

"Çox təssüf ki, o zaman beynəlxalq ictimaiyyət onların törətdiyi bu cinayətlərə laqeyd, biganə qalıb. Həmin o cinayətləri törədənlərin cəzasının almamasının nəticəsidir ki, ermənilər azərbaycanlılara qarşı yeni cinayətləri, yeni soqrırımları törətdilər. Ona görə də biz millət olaraq, dövlət olaraq, ermənilərin XX əsrin əvvəlində törətdikləri soyqrımlara görə tarix qarşısında xalqımıza cavab verməsi üçün əlimizdən gələni eləməliyik. Beynəlxalq ictimaiyyətə daha geniş məlumatlar çatdırmalıyıq. Bu, həm də ona görə lazımdır ki, dünya ermənilərin iç üzünü daha yaxşı tanısın", - Paşayeva deyib.

Deputat hesab edir ki, Azərbaycan gəncliyi virtual məkanın imkanlarından demək olar ki, çox səmərəli istifadə etmir.

"Gənclər forumlarda, ciddi şəbəkələrdə, facebookda və digər virtual məkanda lazımi səviyyədə iştirak etmir. Amma gərək bizim gəncliyimiz xalqın başına gələn faciələr barədə faktlara əsaslanaraq, virtual məkanda müxtəlif ölkələrin millət vəkillərinə, rəsmilərinə, qeyri-hökumət təşkilatlarına, insan haqları təşkilatlarına gərək məktublar göndərsin. Hansısa faktları yazaraq onlardan soruşsun ki, niyə siz öz fəaliyyətinizdə bu məsələlərə önəm vermirsiniz. Axı insanlıq əleyhinə bu cinayət törədilib, niyə görə insanlıq əlayhinə törədilən cinayətlərə və bu gün də davam edən cinayətlərə münasibət bildirmirsiniz", - Paşayeva vurğulayıb.

Tədbirdə çıxış edən "Şərq" qəzetinin baş redaktoru, kitabın həmmüəllifi Akif Aşırlı deyib ki, "Erməniləri törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabı ötən illərdə Azərbaycan dilində çap olunmuşdu, sonra kitab ingilis dilinə tərcümə edildi və Avropanın bir çox ölkələrində təqdimatı keçirildi.

"Beynəlxalq hüquqda belə bir anlayış var ki, soyqırım o anda soyqırım hesab olunur ki, mülki, əliyalın insana qarşı törədilir. Baganıs Ayrım faciəsini biz ona görə soyqırım faktı kimi qəbul edirik ki, silahsız insanlara qarşı qətliam həyata keçirilib. Azərbaycanın ilk şəhid kəndi Bağanıs Ayrımdı və Xocalıya gedən yol Bağanıs Ayrımdan başlayır", - Aşırlı bildirib.

Xəbər lenti

Xəbər lenti