...

Azərbaycanın hakim partiyası müqavilə əsasında ordu formalaşdırılması məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 30 Mart 2011 15:20 (UTC +04:00)
Azərbaycanda müqavilə əsasında ordu formalaşdırılması məsələsinə aydınlıq gətirilib.
Azərbaycanın hakim partiyası müqavilə əsasında ordu formalaşdırılması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda müqavilə əsasında ordu formalaşdırılması məsələsinə aydınlıq gətirilib.

"İstər Avropa Birliyinə daxil olan ölkələrdə, istərsə də dünyanın başqa yerlərində cəmi beş dövlətdə müqavilə əsasında ordu fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsi və Azərbaycan torpaqlarının işğal altında olması bu məsələni mümkünsüz edir", - bu barədə çərşənbə günü Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib.

"Bu sistemə keçid yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunduqdan və sülh müqaviləsi imzalandıqdan sonra mümkün ola bilər. Hətta bu halda belə, müqavilə əsasında formalaşdırılan ordu sisteminə birdəfəlik keçmək düzgün olmazdı. Bu proses mərhələli şəkildə həyata keçirilməlidir", - Novruzov əlavə edib.

Azərbaycanda orduya ictimai nəzarətin həyata keçirilməsi məsələsinə münasibət bildirərkən millət vəkilinin cavabı birmənalı olub.

"Dünyanın bir çox yerlərində orduya ictimai nəzarət mövcuddur, lakin Azərbaycan ordusu düşmən qüvvələri ilə üz-üzədir. Azərbaycanda hər hansı ictimai təşkilatın ordunun müəyyən qrupuna nəzarət funksiyasını həyata keçirməsi çətin məsələdir. Burada söhbət silah növləri, ordunun mövqeləri və başqa məsələlərdən gedir. Heç kim zəmanət verə bilməz ki, ictimai təşkilatda olan nümayəndə etibar ediləsi insandır və heç yerə məlumat ötürməyəcək" - o vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti