...

Mətbuat Şurası Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb

Cəmiyyət Materials 5 Aprel 2011 18:06 (UTC +04:00)
Mətbuat Şurası "Azadlıq" qəzetinin əməkdaşı ilə bağlı insidentlə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Bu barədə Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib.
Mətbuat Şurası Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir T.Hacıyev/

Mətbuat Şurası "Azadlıq" qəzetinin əməkdaşı ilə bağlı insidentlə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Bu barədə Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azadlıq" qəzetinin əməkdaşı Ramin Cəbrayılzadə (Ramin Deko) ilə bağlı insidentlə əlaqədar bu nəşrin redaksiyasında olub.

Qəzetin rəhbərliyi ilə görüş keçirən Şura sədri son günlər "Azadlığ"ın əməkdaşları ilə bağlı hadisələrin ölkədə söz və mətbuat azadlığına dair vəziyyətə təsir göstərə biləcəyini vurğulayıb.

"Buna görə də hadisənin kimlər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, günahkarların müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi vacibdir. Mətbuat Şurası Seymur Həziyevlə də əlaqədar Daxili İşlər Nazirliyinə müraciət ünvanladı. Müraciət əsasında Ramil Usubovla görüşdük. Nazir məsələnin dərindən araşdırılması məqsədilə xüsusi tapşırıq verdi. Ramin Deko ilə bağlı da aidiyyəti instansiyalara müraciət ünvanlayacağıq", - deyən Amaşov rəhbərlik etdiyi qurumun hər iki hadisə ilə əlaqədar araşdırmaları diqqət mərkəzində saxlayacağını bildirib.

Mətbuat Şurası "Azadlıq" qəzetinin əməkdaşı Cəbrayılzadə ilə bağlı daxili işlər naziri Ramil Usubova bu gün ünvanladığı müraciətdə bildirilir ki, Ramin Deko ilə əlaqədar insident son on gündə jurnalistlərlə bağlı qeydə alınan növbəti xoşagəlməz hadisədir.

"Bu cür hadisələrin təkrarlanması onda hansısa qüvvələrin maraqlı olduqları ehtimalını atrırır və bunun digər jurnalistlərlə də baş verəcəyinə dair narahatçılıq yaradır", - məktubda nazir Ramil Usubovdan Ramin Deko ilə bağlı insidentin də dərindən araşdırılmasını diqqətdə saxlamaq, günahkarların layiqli cəzalarını almalarına kömək göstərmək xahiş olunur.

Xəbər lenti

Xəbər lenti