...

Rusiya tarixçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 12 Aprel 2011 11:39 (UTC +04:00)
Səfər zamanı rusiyalı tarixçilərin azərbaycanlı həmkarları ilə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudovla görüşü planlaşdırılıb.
Rusiya tarixçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 12 aprel /Trend , müxbir E.Tarıverdiyeva/

Aprelin 14-dən 17-dək Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Karpovun rəhbərliyi ilə rusiyalı tarixçilərdən ibarət nümayəndə heyəti Bakıda səfərdə olacaq. Bu barədə Trend-ə nümayəndə heyətinin üzvü, MDU-nun Tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov bildirib.

Səfər zamanı rusiyalı tarixçilərin azərbaycanlı həmkarları ilə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudovla görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti