...

Səhiyyə Nazirliyi gigiyena və ümumi cərrahiyyə ixtisasları üzrə imtahanların nəticələrini açıqlayıb

Cəmiyyət Materials 19 Aprel 2011 17:01 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imtahanlarda 23 həkim iştirak edib.
Səhiyyə Nazirliyi gigiyena və ümumi cərrahiyyə ixtisasları üzrə imtahanların nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Səhiyyə Nazirliyi tərəfindən aprelin 13-də gigiyena və ümumi cərrahiyyə ixtisasları üzrə keçirilmiş imtahanların nəticələri açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imtahanlarda 23 həkim iştirak edib.

İmtahanlarda iştirak edən həkimlərdən 21-i uğurlu nəticələr əldə edib. Bu imtahanda 100 bal toplayan həkim olmayıb.

Xəbər lenti

Xəbər lenti