Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakı Şəhəri İcra Hakimiyyəti ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti mayın 10-da Dənizkənarı Milli Parkda saat qülləsinin yanında maraqlı bayram konserti keçirilib.
Trend-in məlumatına görə, konsertdə tanınmış incəsənət ustalarının ifasında mahnıları dinlənilib, gözəl rəqslərə tamaşa ediblər.
Milli parka toplaşanlar ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən, son vaxtlar isə getdikcə yeni görkəm alan doğma Bakının səmasını al-əlvan rənglərə boyayan möhtəşəm atəşfəşanlığı seyr ediblər.