...

Bu gündən Azərbaycanın magistral yollarında yeni xidmət fəaliyyətə başlayıb

Cəmiyyət Materials 11 May 2011 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Hacıyev/

Bu gündən Azərbaycanın magistral yollarında təxirəsalınmaz tibbi yardım xidməti fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Heydərov deyib ki, nazirliyin yeni xidməti magistral yollarda baş verən avtoqəzalar zamanı xəsarət alanlara təxirəsalınmaz yardım göstərəcək.

"Azərbaycanın bir çox magistral yollarında tibb məntəqələri yoxdur. Ona görə də, təcili tibbi yardımın qəza baş vermiş əraziyə gəlməsi vaxt aparır və bu, çox zaman xəsarət alanların ölümü ilə nəticələnir", - nazir vurğulayıb.

O bildirib ki, yeni xidmət növü ölkə magistrallarında 5 - şimal, cənub, qərb, cənub-qərb və şimal-qərb - istiqamətdə fəaliyyət göstərəcək.

Nazirin sözlərinə görə, xidmətə əsasən yanğından mühafizə xidmətinin xüsusi riskli xilasetmə dəstəsinin və digər qurumlarının xilasediciləri cəlb olunublar.

Yeni xidmət növü üçün ən müasir texnikalar alınıb.

Xəbər lenti

Xəbər lenti