...

Azərbaycan Daxili İşlər Nazirliyi Mətbuat Şurasının müraciətini cavablandırıb

Cəmiyyət Materials 16 May 2011 17:50 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının "Azadlıq" qəzetinin müxbiri Ramin Cəbrayılzadə (Ramin Deko) ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı müraciət cavablandırılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Mətbuat Şurasından bildirilib.
Azərbaycan Daxili İşlər Nazirliyi Mətbuat Şurasının müraciətini cavablandırıb

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mətbuat Şurasının "Azadlıq" qəzetinin müxbiri Ramin Cəbrayılzadə (Ramin Deko) ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı müraciət cavablandırılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Mətbuat Şurasından bildirilib.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidovun imzası ilə Şuraya daxil olan məktubda bildirilir ki, müxbirə fiziki təzyiqlə əlaqədar müvafiq araşdırmalar aparılıb və İdarənin istintaq şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi başlanılıb.

Məktubda aparılan istintaqın nəticəsi barədə şikayətçiyə əlavə məlumatın veriləcəyi də vurğulanıb.

Xəbər lenti

Xəbər lenti