Azərbaycan, Bakı, 27 may /Trend/
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. Bu barədə cümə günü Trend-ə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan danışıb.
Müslümov vurğulayıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti nəticəsində ikinci dəfə müstəqilliyinə qovuşan ölkəmiz dövlətçiliyini qoruyub. "Bu gün Azərbaycan ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasəti ilə dünyada nüfuzlu bir dövlət kimi mövqeyini daha da möhkəmləndirib"-deyə S.Müslümov qeyd edib.
DSMF sədri bildirib ki, bu gün hər bir azərbaycanlı Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməkdə görür. Qürur hissi ilə söyləyə bilərik ki, xalqımızın ümumilli liderinin "Azad, sərbəst demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir" arzusu möhtərəm Prezidentimiz İlham Əliyevin səyi nəticəsində tam reallığa çevrilməkdədir.
DSMF-də Respublika Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib