...

Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandası bədii gimnastika üzrə Avropa çempionatının finalında çıxış edəcək (FOTO)

Cəmiyyət Materials 28 May 2011 15:15 (UTC +04:00)
Minskdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yeniyetmələrin çoxnövçülüyünün ikinci günü Belarus gimnastlarına qələbə qazandırıb. Azərbaycan gimnastları dördüncü yeri tutublar.
Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandası bədii gimnastika üzrə Avropa çempionatının finalında çıxış edəcək (FOTO)

Azərbaycan, Bakı, 28 may / Trend/

Minskdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yeniyetmələrin çoxnövçülüyünün ikinci günü Belarus gimnastlarına qələbə qazandırıb. Azərbaycan gimnastları dördüncü yeri tutublar.

Belarusun yeniyetmələrdən ibarət qrup komandası iki təsnifatdan sonra 52.250 balla birinciliyə yüksəlib. İkinci yeri 52.200 bal toplayan Rusiya, üçüncü yeri 51.200 balla İsrail tutub.

Bununla belə, Azərbaycan yeniyetmələri çoxnövçülüyün iki gününün yekunları üzrə 50.750 bal toplayaraq mayın 29-da "Minsk-Arena" idman kopleksində keçiriləcək Avropa çempionatının finalında iştirak etmək hüququ qazanıblar.

Bu gün axşam Avropanın güclü fərdi gimnastlarının yarışları davam edəcək. Onlar gürz və lentlə olan hərəkətlərdə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti