...

Azərbaycan və Fransa nüvə sahəsi üzrə birgə tədqiqatlara başlayıb

Cəmiyyət Materials 2 İyun 2011 12:35 (UTC +04:00)
Azərbaycan və Fransa mütəxəssisləri nüvə sahəsində birgə tədqiqatlara başlayıblar. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru Adil Qəribov deyib.
Azərbaycan və Fransa nüvə sahəsi üzrə birgə tədqiqatlara başlayıb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan və Fransa mütəxəssisləri nüvə sahəsi üzrə birgə tədqiqatlara başlayıblar. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru Adil Qəribov deyib.

O bildirib ki, işlər Fransanın "Areva" şirkəti ilə RPİ arasında mayın 31-də imzalanan anlaşma protokolu əsasında görülür.

Sənədə əsasən, Fransa və Azərbaycan mütəxəssisləri gələcəkdə nüvə texnologiyalarının yeniliklərinin öyrənilməsi üzrə birgə proqram həyata keçirəcəklər.

Eyni zamanda, Fransa Azərbaycan üçün bu sahə üzrə gənc kadrların hazırlanmasında da iştirak edəcək.

"Tədqiqatlar müntəzəm davam edəcək və Fransada aparılacaq. Çünki Azərbaycanda tədqiqat nüvə qurğusu yoxdur. Fransanın isə tədqiqat nüvə reaktorları üzrə imkanları böyükdür. Bu ölkənin 90-a yaxın tədqiqat nüvə reaktoru var. Onların hamısı ən müasir texnologiyalar əsasında qurulub. Nəzərə almaq lazımdır ki, dünyanın bütün reaktorlarında qəza baş versə də, Fransa reaktorlarında belə hal olmayıb. Bu baxımdan onların təcrübəsi Azərbaycan üçün əhəmiyyətlidir", - Qəribov əlavə edib.

İnstitut direktoru qeyd edib ki, tərəflər hər il sənəddə nəzərdə tutulan bəndlər üzrə birgə hesabatlar verəcəklər.

Tədqiqatların nəticəsi isə yalnız nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üçün tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti