...

Azərbaycan Səhiyyə Nazirliyi bu il çimmək qadağan olunan çimərliklərin adlarını açıqlayıb

Cəmiyyət Materials 14 İyun 2011 16:09 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi bu il ölkə ərazisində çimmək qadağan olunan çimərliklərin adlarını açıqlayıb.
Azərbaycan Səhiyyə Nazirliyi bu il çimmək qadağan olunan çimərliklərin adlarını açıqlayıb

Azərbaycan, Bakı, 14 iyun/ Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi bu il ölkə ərazisində çimmək qadağan olunan çimərliklərin adlarını açıqlayıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Qaradağ rayonu ərazisindəki "Sahil" və Səbail rayonundakı "Şıx" çimərliklərində vətəndaşların çimməyi qadağan edilib. Həmin çimərliklərdə ötən il də vətəndaşların çimməyinə icazə verilməyib.

Bununla yanaşı, bu il Sumqayıt şəhər baş dövlət sanitar həkiminin qərarına əsasən, Sumqayıt ərazisindəki çimərliklərdə də çimməyə icazə verilməyəcək.

Mərkəzin dəniz suyu üzərində apardığı müayinələr nəticəsində məlum olub ki, Abşeron yarımadasında, o cümlədən respublikanın cənub və şimal rayonlarında yerləşən bütün çimərliklərdə çimmək olar. Həmin ərazilərdəki bütün çimərliklərdə dəniz suyu normaya cavab verir.

Xəbər lenti

Xəbər lenti