...

Azərbaycanda daha üç qəzet "qara siyahı"ya daxil edilib

Cəmiyyət Materials 17 İyun 2011 16:33 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası daha üç qəzeti "qara siyahı"ya daxil edib.
Azərbaycanda daha üç qəzet "qara siyahı"ya daxil edilib

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycan Mətbuat Şurası daha üç qəzeti "qara siyahı"ya daxil edib.

Trend-in məlumatına görə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin cümə günü iclasında "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının və Şikayətlər üzrə Komissiyanın rəyləri əsasında "Sağlamlıq keşiyində", "Əyalətin səsi" və "Vətəndaş haqqı" qəzetlərinin adları Şuranın "qara siyahı"sına daxil edilib.

İclasda MŞ-nin Şikayətlər üzrə Komissiyasının rəyləri əsas götürülərək "Ağdam" və "Azərbaycan cəmiyyəti" qəzetlərinə Mətbuat Şurasının xəbərdarlığı olunub. Həmçinin, Şuranın İdarə Heyəti "İşgüzar", "Yeni səhər" və "Cənub xəbərləri" (Masallı) qəzetlərində "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra bəndlərinin tələblərinə sayğısız yanaşıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti