...

OANA-nın 50 illiyi Banqkokda qeyd ediləcək

Cəmiyyət Materials 28 İyun 2011 13:36 (UTC +04:00)
Asiya və Sakit okean ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) 50 illik yubileyinin Banqkokda keçirilməsi planlaşdırılır.
OANA-nın 50 illiyi Banqkokda qeyd ediləcək

Monqolustan, Ulan-Bator, 28 iyun /Trend, xüsusi müxbir E.Hüseynov/

Asiya və Sakit okean ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) 50 illik yubileyinin Banqkokda keçirilməsi planlaşdırılır.

Dekabrda OANA-nın 50 illik yubileyinin Banqkokda keçirilməsi ilə bağlı təkliflə Tailandın TNA informasiya agentliyi Ulan-Batorda keçirilən OANA İcraiyyə Komitəsinin 33-cü və Redaksiya-Texniki Ekspert Qrupunun 27-ci iclasında çıxış edib. Yubileyin Banqkokda keçirilməsi məsələsi səsverməyə qoyulub və forum iştirakçıları tərəfindən dəstəklənib.

OANA 1961-ci il dekabrın 22-də YUNESKO-nun təşəbbüsü ilə Banqkokda Asiya milli agentliklərinin konfransında yaradılıb. Təşkilatın nizamnaməsinə əsasən, OANA-nın məqsədi Asiya və Sakit okean ölkələri arasında informasiya mübadiləsini genişləndirmək və sadələşdirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında informasiya axınında qeyri-bərabərliyin ləğvində iştirakdır.

Təşkilata Asiya və Sakit okean regionunun 33 ölkəsindən 40-dan çox agentlik daxildir.

Təşkilatın üzvləri arasında Rusiyanın İTAR-TASS, Türkiyənin "Anadolu", Yaponiyanın "Kyodo News", Çinin "Xinhua", İranın IRNA, Səudiyyə Ərəbistanının SPA, Koreyanın "Yonhap", Pakistanın PPI və APP, Qazaxıstanın "Kazinform", İndoneziyanın ANTARA və b. agentliklər var.

Trend BİA OANA-ya 2010-cu ilin noyabrında İstanbulda təşkilatın XIV Baş Assambleyasında tamhüquqlu üzv olub.

Xəbər lenti

Xəbər lenti